Kəklikotu bu 7 xəstəliyi müalicə edir

Kəklikotunun faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Bu ot xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

1. Kəklikotu çayı spazmla (sıxılma) bağlı olan ağrıları (baş ağrısı, bağırsaq spazmı, qadınlarda menstruasiya ilə bağlı ağrılar və s.) azaldır.

2. Ağız boşluğu iltihabları, tonzillit (angina) zamanı qarqara üçün istifadə olunur. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, 20 dəqiqədən sonra süzülür və hər 2 saatdan bir qarqara üçün istifadə olunur.

Davamı →

Şüyüd toxumu

Şüyüd toxumu güclü qurd əleyhinə vasitədir. Şüyüdün özü də qurdları öldürmək xüsusiyyətinə malikdir. Lakin onun toxumlarında bu xüsusiyyət daha güclüdür. Bu məqsədlə şüyüd toxumunu bir neçə üsulla istifadə etmək olar.

1. Hər səhər acqarına 1 çay qaşığı şüyüd toxumunu çeynəyin və 1 stəkan su için.

2. 1 x.q. şüyüd toxumu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür, gün ərzində 3 dəfə stəkanın 1/3 olmaqla içilir.
Davamı →

Cövüz

Cövüz qədim zamanlardan təbabətdə istifadə olunur. Cövüz orqanizmə stimullaşdırıcı və tonuslaşdırırcı təsir edir, beyinin fəaliyyətini və əval-ruhiyyəni yaxşılaşdırır, xərçəng əleyhinə təsirə malikdir. Bu məqsədlə cövüzü bıçağın ucunda çaya və ya qəhvəyə əlavə etmək olar. Həmçinin cövüz müxtəlif şirniyyatların, xörəklərin hazırlanmasında istifadə olunur.

Cövüz qədimdən güclü afrodiziak (cinsi həvəsi artıran maddə) kimi tanınır. Afrodiziak kimi cövüz həm qadın, həm də kişilərə təsir edir.
Davamı →

Qoz yarpağının faydaları

  • Flora
Qoz yarpağının ən mühüm faydası odur ki, bədəndə olan toksinləri xaric edir. Bu bitkinin çayından mütəmadi olaraq istifadə bədəndə olan mikrob, bakteriya və toksinlərdən xilas olmağa kömək edir. Çay xüsusilə bağırsaqlarda olan qurdları tökmək üçün effektlidir.

Bütün xərçəng növlərinin alternativ müalicəsində də qoz yarpağından geniş istifadə edilir. Orqanizmdə sürətlə artan bədxassəli hüceyrələrin məhv edilməsi prosesində qoz yarpağının olduqca müsbət nəticələr verdiyi müşahidə olunub.

Qoz yarpağından hazırlanan məlhəm və məcunlar yaraların sağalma prosesini sürətləndirir. Qoz yarpağı saçların daha sağlam və sürətlə uzanmasına kömək edir. Bunun üçün qoz yarpaqlarını əzərək məcun halına gətirib şampuna əlavə edin.
Davamı →

Çobanyastığı

  • Flora
Çobanyastığının bir çox növləri Azərbaycanda yayılmışdır. XV əsr müəllifi Əli İbn Hüsеyn Ənsariyə görə çobanyastığı çiçəyinin həlimi sidikqovucudur, laktoqеn təsirə malikdir (südü artırır), sinir sistеmini sakitləşdirir. Çobanyastığı çiçəyini çеynədikdə, ağız yaralarına qarşı kömək еdir. Çobanyastığı çiçəyinin həlimi ödü qovur, öd kisəsindəki daşları çıxardır, yoğun bağırsaq iltihabında və başqa mədə-bağırsaq xəstəliklərində müsbət təsir göstərir. Çiçəklərin dozası – 14 q qədərdir. Çobanyastığının kökü onun çiçəyindən daha təsirlidir. 4,5 q çobanyastığı kökünü bal ilə qəbul еtdikdə, cinsi həvəsi artırır.

Çobanyastığı çiçəyinin yağını sürtmək soyuq şişləri sovurur və xoraları sağaldır. Bundan əlavə çobanyastığı çiçəyinin mərhəmi yüksək qızdırmada, titrəmədə, və əsmədə çox xеyirlidir. Bu məlhəm həmçinin karlıqda, bеl ağrısında, rеmatizmdə, yеl xəstəliyində xеyirlidir. Bunları «Ixtiyarəti-bədii» (XIV əsr) əsərinin müəllifi qеyd еdir.
Davamı →

Dəvətikanı

  • Flora
Azərbaycanın bütün ərazisində yayılmışdır, quru yеrlərdə bitir. Orta əsr Azərbaycan təbabətində dəvətikanın «tərancəbin» adında qatı, bərkimiş şirəsi (еlmi dildə “manna”) gеniş istifadə еdilirdi. Məhəmməd Mömin (vəfatı 1697-ci il) yazır ki, dəvətikanının mannası cinsi həvəsi artırır, öskürəkdə, sinə ağrılarında, ürəkbulanmada, güclü titrəmə-qızdırmada və susuzluqda xеyirlidir. Kərə yağı ilə manna sidik tutulmasında da xеyirlidir. Dalaq üçün zərərlidir. Onun zərərini tamarind toxumları və innab aradan qaldırırlar. Dozası: 32 – 135 q. Onu söyüd mannası əvəz еdir.

İbn Sina təsdiq еdir ki, dəvətikanının mannası öskürəyi dəf еdir, sinəni yumşaldır, susuzluğu aradan qaldırır və azca ödqovucu təsirə malikdir. Bir dəfədə 45-90 q su ilə içilir. Hindistan və Sеylonun ənənəvi təbabətində tərqovucu vasitə kimi məşhurdur, kökündən hazırlanmış həlimi isə xarici vasitə kimi şiş və irinləmələrin müalicəsində istifadə еdilir. Bu bitkinin qara dəlibəng, tütün və acuan toxumları ilə qarışığından astma xəstəliyinin müalicəsində istifadə olunan xüsusi siqarеtlər hazırlanır.
Davamı →

Çuğundur yarpağı

  • Flora
Allaha həmd olsun ki, sonsuz sayda nemətləri biz insanların istifadəsinə vermişdir. Bu nemətlərin biri də çuğundur yarpağıdır ki, bəlkə də çoxumuz bundan xəbərsizik. Çuğundur yarpağının faydası saymaqla bitməyən bir nemətdir. Sadəcə onu nəzərinizə çatdırım ki, yarpaqların ya şirəsi çəkilib içilməli, ya da yarpaqlar salatlara doğranılıb, istifadə olunmalıdır. Yarpaqları qaynadıb istifadə etmək faydalarını azaldır.

Çuğundur yarpağında dəmir çuğundurun özündən 3 dəfə çoxdur, ona görə də dəmir defisit anemiyaların müalicəsində çuğundur yarpağının şirəsi əvəzolunmazdır. Bundan başqa mədə-bağırsaq yaralarında gündə yeməkdən əvvəl 1 stəkan çuğundur yarpağı ilə kök şirəsinin qarışığını içmək çox faydalıdır. Çuğundur yarpağının tərkibində nadir vitaminlərdən olan zəngin U vitamini vardır ki, U vitamini mədəsi yara olan insanlarda həmişə çatışmır. Mədə-bağırsaq qanamalarında hər yeməkdən 1 saat əvvəl 1 stəkan çuğundur yarpağı şirəsi içmək həm qanazlığını aradan qaldırır, həm yeni qan yaradır, həm də qanı laxtalandırır qanaxmanı dayandırır.
Davamı →

Rəvənd

  • Flora
Turşəngin yaxın qohumu olan rəvənd xoş, turşməzə dada malikdir. Rəvənd xarici görünüşə görə pıtrağa oxşayır.

Bitkinin yarpaqları yeyilmir, yalnız gövdələrdən istifadə olunur. Rəvəndin qırmızımtıl gövdələri əsl vitamin və mineral mənbəyidir. Rəvənd B qrupu, A, C, E, P vitaminlər, orqanik turşular, mineral duzları, pektinlər, dəmir, maqnezium və s. faydalı maddələlə zəngindir. Rəvəndin istehlakı hipovitaminozun qarşısını alır, gümrahlıq verir, orqanizmi tonuslaşdırır, immun sistemini möhkəmləndirir.
Davamı →

Qulançar

  • Flora
Əvvəllər qulançar delikates sayılırdı və onu yalnız krallar, varlı kübar insanlar yeyirdi. Həqiqətən faydalı xüsusiyyətlərinə görə qulançar (mərəcüyüd) əsl «krallar yeməyi»dir.

1. Qulançar «asparagin» adlı maddə ilə zəngindir. Bu maddə damarları genişləndirir və qan təzyiqini aşağı salır. Həmçinin qulançar ürək əzələsini stimullaşdırır ki, bu səbəbdən həkimlər onu ürək xəstəliklərindən əziyyət çəkən və infarkt keçirmiş insanlara yeməyi tövsiyə edirlər.

2. Qulançar görməyə müsbət təsir edir.

3. Fol turşusu ilə zəngin olan qulançar anemiya (qanazlığı) zamanı çox faydalıdır.
Davamı →

Mərzə

  • Flora
Qədim yunanlarda bu ətirli ot güclü afrodiziak (cinsi gücü artıran ot) sayılırdı. Həmçinin qədim təbiblər bu otun köməyi ilə əsəb sistemi pozulmaları, həzm problemləri, müxtəlif ağrıları, damaq problemlərini (o cümlədən, sinqanı) müalicə edirdilər.

Ərəblər bu otun müalicəvi gücünə o dərəcədə inanırdı ki, hətta ona «marijamie» — «tayı-bərabəri olmayan» adını veriblər. Orta əsrlərdə Avropada bu ot ədviyyat kimi yüksək giymətləndirir və müxtəlif xörəklərə və içkilərə əlavə olunurdu.

Mərzənin çox zəngin kimyəvi tərkibi var — vitaminlər (B qrupu, askorbin turşusu, A, E, K), orqanik turşular, efir yağları, büzücü maddələr, minerallar və s.
Davamı →